Otaq bitkiləri havanın təmizliyinə nəzarət edə bilər


Digərləri 25 İyl 2018 23:12:00 348 0

Otaq bitkiləri havanın təmizliyinə nəzarət edə bilər

ABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyinə nəzarət üçün otaq bitkilərindən istifadəni təklif ediblər. Onların fikrincə, modifikasiya edilmiş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bitkilər havadakı zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilir. Bu, meduzadan əldə olunan xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.