Bu qida ölüm riskini azaldır


Digərləri 25 İyl 2018 22:59:00 264 0

Bu qida ölüm riskini azaldır

Çinli alimlərin fikrincə, balıq və digər omeqa-3-polidoymamış yağ turşuları ilə zəngin qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölümləri azaltmağa kömək edir.

Son.az sputnik.az-a istinadən xəbər verir ki, tədqiqatçılar yağ turşularının insan metabolizmasında fəal iştirak etdiyini xatırladırlar. Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır.

16 il davam edən araşdırmada 420 min insan (240729 kişi və 180580 qadın) iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddətdə ərzində 54 min kişi və 31 min qadın ölüb.