Havanın temperaturu yenidən yüksələcək Meteohəssas insanlar diqqətli olsunlar VİDEO


Digərləri 25 İyl 2018 22:41:00 301 0

Havanın temperaturu yenidən yüksələcək  Meteohəssas insanlar diqqətli olsunlar  VİDEO

Ötən günlərlə müqayisədə ölkə ərazisində yaxın iki gün ərzində havanın temperaturu yenidən yüksələcək.

Son.az bildirir ki, bu günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Eyni zamanda, meteohəssas insanların sabah bir qədər ehtiyatlı olmaları tövsiyə edilir. Tibbi-meteoroloji proqnoza görə, ölkə ərazisində sabah bəzi saatlarda rütubətin normadan bir qədər yuksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bu gün səhər saatlarından isə paytaxt Bakının səması toza bürünüb. Atmosferə qalxan tozun miqdarının normadan çox olması müşahidə edilib.