Tikinti materialları bazarında qiymətlər VİDEO


Digərləri 25 İyl 2018 22:29:00 396 0

Tikinti materialları bazarında qiymətlər  VİDEO

Yay fəsli tikinti sektorunda canlanmaya səbəb olsa da qiymətlərdə artım müşahidə edilməyib. Ölkəmizdə tikinti materialları istehsalının genişlənməsi və xaricdən gətirilən məhsulun çoxluğu qiymət artımının qarşısını alıb.

Son.az bildirir ki, təklifin tələbə nisbətən çox olması qiymətlərin artmasına imkan vermir.

Satıcıların sözlərinə görə, bazarda qiymətlər iki ay əvvəlki vəziyyətlə eynidir. Xüsusən də taxta, armatur, sement və bu kimi əsas istifadə edilən materialların qiymətində artım olmayıb.

Bazarda 8-lik armaturun 1 metri 45 qəpik, 32-liyin 1 metri isə 7 manatdan təklif edilir.