Ağdaşda 19 yaşlı oğlan özünü güllələdi


Digərləri 25 İyl 2018 20:48:00 195 0

Ağdaşda 19 yaşlı oğlan özünü güllələdi

Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.