Türkiyədə həbsdə olan amerikalı pastor ev dustaqlığına buraxıldı


Dünya 25 İyl 2018 20:00:00 303 0

Türkiyədə həbsdə olan amerikalı pastor ev dustaqlığına buraxıldı

Türkiyədə həbsdə olan amerikalı rahib Endryü Branson (Andrew Brunson) haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, İzmir 2-ci Ağır Cəza Məhkəməsi bu gün A. Bransonun işi ilə bağlı toplaşaraq yeni qərar qəbul edib. Məhkəmə A. Branson barəsində həbs tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib.

Qeyd edək ki, amerikalı yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir.