"İnsanlar mənə görə toy tarixini dəyişir"


Şou-biznes 25 İyl 2018 20:06:00 318 1

"İnsanlar mənə görə toy tarixini dəyişir"

Müğənni Şəbnəm Tovuzlu efirdə özünə tərif yağdırıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, müğənni "Hər şey daxil" verilişində insanların ona görə toy tarixini dəyişdirdiklərini bildirib:

"Lənkəranda bir toyum var, beh də almışdım. Başqa bir yerdən zəng gəldi. Kişi əl çəkmir ki, qızım səni istəyir. Deyir, toyuma ancaq Şəbnəm gəlməlidir. Deyirəm, beh də almışam. Qayıtdı ki, behi qaytar. Axırda məcbur olub, özləri toyun vaxtını dəyişdirdilər. Yəni demək istəyirəm ki, hər kəs məni sevə də bilər, sevməyə də".