“Ermənistanın aldığı 500 milyon dolların aqibəti məlum deyil”


Dünya 25 İyl 2018 19:24:00 295 0

“Ermənistanın aldığı 500 milyon dolların aqibəti məlum deyil”

Ermənistanın Rusiyadan aldığı 500 milyon dollar kreditin aqibəti məlum deyil.

Son.az report-a istinadən xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Yerevandakı ofisinin rəhbəri Artur Sakunts deyib.

Onun sözlərinə görə, rəsmi Yerevanın imzaladığı dövlətlərarası layihələrlə bağlı korrupsiya halları mövcuddur və problemli kreditlər də bunun nəticəsində yaranıb: "Keçmiş hakimiyyətin imzaladığı dövlətlərarası layihələr, xüsusən də Şimal-Cənub avtomobil yolunun tikintisinə, Dünya Bankının təhsil sahəsi ilə bağlı layihələrə ayrıdığı kreditlərin nəticəsi bəlli deyil. Hazırda istintaq xarici borcların qaynağını araşdırır".

O, Lins Fondunun Ermənistana qoyduğu sərmayənin aqibətinin də məlum olmadğını bildirib. A.Sakunts "Hayastan" Ümimerməni Fondunun fəaliyyətindəki korrpusiya və mənumsəmə hallarınıdan da bəhs edib: "Biz nəticəni - yaxşı yolları, infrastrukturu görməsək də kreditləri ört-basdır etməyə davam edirik. Belə aydın olur ki, müqavilələr kredit vəsaitini mənimsəmək üçün imzalanırmış. İndi biz onları bütün dünyaya ödəyirik".