Sabirabadda 31 yaşlı kişi kanalda boğuldu
Digərləri 25 İyl 2018 16:29:00 253 0
Sabirabadda 31 yaşlı kişi suda boğulub.
Son.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Piriqulu Samir Yavər oğlu Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində su kanalında çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az