Qız doğduğu üçün azərbaycanlı aparıcını ƏRİ TƏRK EDİB


Digərləri 25 İyl 2018 16:09:00 293 0

Qız doğduğu üçün azərbaycanlı aparıcını ƏRİ TƏRK EDİB

Aktrisa-aparıcı Könül Yusif qızı bugün cəmiyyətdə çox aktual problemlərdən birinə çevrilən abort məsələsi ilə bağlı fikirlərini Son.az-la bölüşüb.

Könül sözügedən problemlə bağlı danışarkən şəxsi həyatından heç kimin bilmədiyi tükürpədici faktın da üstünü açıb.

Aktrisanın açıqlamasını təqdim edirik:

"Təssüf ki, bizim cəmiyyətdə daha çox qız uşaqları abort olunur. Elə bil o qız istəməyəni ana doğmayıb. Seksual tərbiyənin olmamağıdır. XXI əsrdir, müxtəlif qorunma üçün vasitələr var, amma cəmiyyətin xəbəri yoxdur. Bu təbliğ olunmalıdır. Orta məktəbdən cinsi əlaqədə olanlar var, əgər bunu biliriksə, qəbul ediriksə, seksual tərbiyə aşılamaq lazımdır. Hamilə qalmaq tək qadının işi deyil, o hamilə qoyanı da başa salmaq lazımdır. Bunu edirsiniz cəhənnəm, heç olmasa qorunun. Bədbəxt qız-gəlin, qadın zülmünü çəkməsin. Etdin getdin, bununla iş bitmir axı, ay nanəcib və ya ailədə oğlan övlad olana qədər aborta sövq edirlər. Niyə, ay namərd, niyə? Bu çox geniş mövzudur. Mən deyərdim orta məktəbdən, hətta kiçik yaşlarından valideyn övladını başa salmalıdır ki, "Ay oğul, həddi buluğa çatmamış qıza toxunmaq olmaz. Ay oğul, qız övladı müqəddəsdir".

Bizim cəmiyyətdə ərsiz övlad doğmaq təsəvvür edirsiniz nə deməkdir, intihar. Hər qızın gücü çatmaz hamıya qarşı gəlib, doğsun. Bu ya abort olur, ya da intihar. Olmaz belə. Oğul uşaq ikən atası, anası ilə dost olmalıdır. Tərbiyəsiz sandığımız söhbətlərdən danışılmalıdır. Uşaq ikən qadın-qıza qarşı hörmət-rəğbət aşılanmalıdır.