Avtomobildən odunlar çıxdı,


Digərləri 25 İyl 2018 13:58:00 199 0

Avtomobildən odunlar çıxdı,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, reyd zaman Quba rayonu, Əski İqriq kəndi ərazisində "QAZEL" markalı "40-BN-228" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.


Xəbərə aid fotolar