Pakistanda parlament seçkiləri günü 23 nəfər öldü, 35 nəfər yaralandı


Dünya 25 İyl 2018 12:59:00 253 0

Pakistanda parlament seçkiləri günü 23 nəfər öldü, 35 nəfər yaralandı

Pakistanın Sind əyalətinin Larkana şəhərində bu gün səhər saatlarında törədilən terror aktı nəticəsində azı üç nəfər xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, partlayış seşki məntəqəsinin yaxınlığında baş verib.

Bundan əlavə, Svabi şəhərində (Xayber Paxtunxva vilayəti) səsvermə məntəqəsinin açılmasından dərhal sonra Ədalət Hərkatı Partiyası və Milli Xalq Partiyasının tərəfdarları arasında toqquşmalar baş verib. Qarşıdurma silahlı insidentlə çevrilib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.