İrandan piyada gələn Azərbaycan vətəndaşında narkotik vasitələr aşkarlanıb


Digərləri 25 İyl 2018 12:52:44 206 0

İrandan piyada gələn Azərbaycan vətəndaşında narkotik vasitələr aşkarlanıb

Üzərində gizlətdiyi narkotik vasitələr və psixotrop maddə aşkar edildi

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.