Şok kadrlar: "Yolumdan çəkil!" VİDEO FOTO


Digərləri 25 İyl 2018 12:27:00 306 0

Şok kadrlar: "Yolumdan çəkil!"  VİDEO  FOTO

Britaniyanın paytaxtı Londondakı Vindzor qəsrini qoruyan mühafizə alayının (Household Division) əsgərlərindən biri ilə bağlı insident yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Kraliça Qvardiyasının əsgəri xidmət yerinə addımlayarkən qarşısında turist görüb. Turist qadın arxasını əsgərə çevirərək heç nə olmamış kimi şəkil çəkdirirdi.

O, turistlər üçün ayrılmış yerdən çıxmış, qaydaları pozmuşdu.

Qvardiyaçı əsgər də qadını xəbərdar edərək "Make way for the Queen's guard!" ("Kraliça Qvardiyasına yol verin!") qışqırıb.

Turist qadın yenə də tərpənməyib.


Xəbərə aid fotolar