Bakıda qadını avtomobillə vurub öldürən sürücü məhkəmə zalında həbs edildi


Digərləri 25 İyl 2018 12:14:00 241 0

Bakıda qadını avtomobillə vurub öldürən sürücü məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z. Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə "KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.