Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırıldı


Digərləri 25 İyl 2018 10:35:00 176 0

Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə  artırıldı

Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Bakı. Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.