200 manatlıq əskinaslar niyə dövriyyədə deyil? FOTO


Digərləri 25 İyl 2018 10:15:00 268 0

200 manatlıq əskinaslar niyə dövriyyədə deyil?  FOTO

Ötən ay dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir. 

Son.az oxu.az-a istinadənxəbər verir ki, nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir. 

Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Yəni portmanatlarının bir cibində kimlərəsə belə nominala sahib olduqlarını göstərmək məqsədilə saxlayırlar. 

Xatırladaq ki, Mərkəzi Bank sədri bankların istənilən həcmdə sifariş yerləşdirib 200 manatlıq əskinasları təhvil ala biləcəyini söyləmişdi. Həmçinin bildirmişdi ki, bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2%  müəyyən edilib.

Görünür, digər əskinaslar üçün 0,1% tarif dərəcəsinin mövcud olması bankları 200 manatlıq əskinas almağa maraqlı etmir.

Kimdə 200 manatlıq əskinas var? 

Əvvəlcə müştəri kimi bankların kassalarına müraciət etdik. Bildirdilər ki, onlarda 200 manatlıq əskinas yoxdur. Market və dükanlardan da eyni cavabı aldıq.