Hər gün oxunması tövsiyə olunan çox mühüm bir dua –


Digərləri 24 İyl 2018 23:50:00 249 0

Hər gün oxunması tövsiyə olunan çox mühüm bir dua –

Allaha peyğəmbərin (s) və imamın (ə) dili ilə dua edək.

İslaminSesi.info - Dua insanda İslam etiqadının əsaslarını möhkəmləndirən çox mühüm bir amildir. Çünki dua insanın daxili aləminin açılması, özünü görməsi, kiminlə ünsiyyət etməsini bilməkdir. Çünki dua edib istəmənin əsası dua mərifətinə sahib olmaqdan irəli gəlir. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. İnsan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, dua etmək insana agahlıq verməklə bərabər, onun qəlbini də işıqlandırır. Qəlbinə nur bəxş edir. İnsana Allah qatında dəyər qazandırır. Bu səbədən Quran: "De, əgər duanız (ibadət, istək) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?"  deyə buyurur. (Furqan-77)

Peyğəmər (s) və imamlardan (ə) hər gua etmək, rəbbi ilə ünsiyyət  qurmaq tövsiyə olunur. Xususən də mənəviyyat istəmək, fitnələrin çox olduğu bir vaxtda zəlalətə düşməməyi, zəmanə imamını tanımağı israrla istəmk tövsiyə olunur.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə axir-zaman fitnələrindən amanda qalmaq, ilahi mərifətə sahib olmaq üçün bu duanın hər gün oxunması tövsiyə olunur:

اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ نَبِيَّكَ

اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ

اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي‏‏

Allahum ərrifni nəfsəkə. İn ləm tuərrifni nəfsəkə ləm ərif nəbiyyəkə.