Moldovada azərbaycanlı diaspor fəalı ölüb


Digərləri 24 İyl 2018 22:04:00 258 0

Moldovada azərbaycanlı diaspor fəalı ölüb

Moldova Azərbaycanlıları Konqresinin (MAK) İdarə Heyətinin üzvü, iş adamı Müqabil Hümbətov vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, iş adamı xəstəlikdən dünyasını dəyişib.

Müqabil Ələkbər oğlu Hümbətov 12 mart 1963-cü ildə qərbi Azərbaycanda anadan olub və uzun müddətdir Kişinyovda yaşayıb. O Moldovada Azərbaycan diasporunda və yerli iş həyatında tanınmış şəxs olub. Moldova Azərbaycanlıları Konqresinin rəhbərliyi bu ağır itgiylə əlaqədar olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.