Yaraları tez sağaldan ağıllı sarğı


Digərləri 24 İyl 2018 22:10:00 312 0

Yaraları tez sağaldan ağıllı sarğı

Açıq yaraların necə ağrıverici olduğunu hamımız bilirik. Xüsusilə diabet xəstələrinin mübarizə apardığı bu vəziyyətə, ağıllı sarğı həlli tapıldı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Tufts Universitetinin mühəndisləri tərəfindən yaradılan və xroniki yaraları aktiv olaraq izləyə bilən ağıllı sarğılar, bir çox yaralı xəstəyə ümid işığı yaradır. Yaraları aktiv tərzdə izləyə biləcək sarğılar, xüsusilə diabet xəstələrini müalicə etmək üçün istifadə ediləcək. Niyə məhz diabet xəstələri? Çünki bu tip xəstələrin yaralarının çox çətin bağlanır.

Başqa tərəfdən ağıllı sarğılar xəstə və ya evindən çıxmaqda çətinlik çəkən yaşlılar üçün də müalicə müddətində böyük bir asanlıq təmin edəcək. Texnologiyanın hər sahədə bizlərə fayda verdiyi şübhəsiz olsa da, xüsusilə sağlamlıq sahəsində olan ixtiralar, həyatı daha keyfiyyətli edir.