100 illik nüvə batareyası


Digərləri 24 İyl 2018 21:10:00 272 0

100 illik nüvə batareyası

Rusiya Milli Nüvə Araşdırmalar Universitetindəki elm insanları, nano ölçülərdəki cihazlarda istifadə edilə biləcək nüvə batareyalar üçün nikel elementi üzərində işləyirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Applied Physics Letters jurnalında nəşr olunan yeni bir məqaləyə görə, Rusiya Milli Nüvə Araşdırmalar Universitetindəki (MEPhI) alimlər, 100 il ömürlü nüvə batareya hazırlaya bilmək üçün betavoltaik güc qaynaqlı radioizotop enerji qaynaqları üzərində işləyir. Heç bir müdaxiləyə gərək olmadan stabil və tamamilə səssiz şəkildə işləyə bilən bu batareyalar, nanoelektron texnologiyası və nano ölçüdəki cihazlar üçün böyük əhəmiyyət daşıyır.