Novxanı çimərliyində batan qadının meyiti tapılıb


Digərləri 24 İyl 2018 20:37:00 272 0

Novxanı çimərliyində batan qadının meyiti tapılıb

Novxanı çimərliyində batan qadının meyiti tapılıb

Bakı. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. FHN-dən Trend-ə verilən məlumata görə, Vəfa Hacıbala qızı Fətullayevanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.