On minlərlə balıq sudan atıldı VİDEO FOTO


Digərləri 24 İyl 2018 20:25:00 334 0

On minlərlə balıq sudan atıldı  VİDEO  FOTO

Tayvanda unikal təbiət hadisəsi yaşanıb. On minlərlə sardin balığı yırtıcı balıqlardan qurtulmaq üçün sudan qayıqlara atılmağa başlayıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, baş verənləri 31 yaşlı Lu Szinvey adlı balıqçı çəkib.

Onun sözlərinə görə, hər şey ani olub: "Qəflətən minlərlə, on minlərlə sardin balığı sudan atılmağa başladı. Onlar sağ qalmaq, yırtıcı iri balıqlardan canlarını qurtarmaq üçün belə edirdilər".

Olay Tayvanın paytaxtı Taybeyin yaxınlığındakı Kilunqun cənubunda, Bişa limanında yaşanıb.


Xəbərə aid fotolar