Xaçmazda itkin düşən uşağı OĞURLAYIBLARMIŞ


Digərləri 24 İyl 2018 15:57:00 221 0

Xaçmazda itkin düşən uşağı OĞURLAYIBLARMIŞ

"Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış".

Son.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:

"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".