Vüqar Rəhimzadə: Parisdə əldə olunmuş razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişafına müsbət təsir edəcək


Digərləri 24 İyl 2018 15:51:35 192 0

Vüqar Rəhimzadə: Parisdə əldə olunmuş razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişafına müsbət təsir edəcək

Prezident İlham Əliyevin Parisə səfəri zamanı əldə olunmuş razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək.

Bakı. Elçin Mehdiyev - Prezident İlham Əliyevin Parisə səfəri zamanı əldə olunmuş razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək. Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. O bildirib ki, müstəqilliyinin bərpasından ötən 27 ilə yaxın bir dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib: "İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır".