Televiziya əməkdaşı yarım milyon pul “atıb” FOTO


Digərləri 24 İyl 2018 14:07:00 280 0

Televiziya əməkdaşı yarım milyon pul “atıb”  FOTO

"Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"nin əməkdaşı olub, "Space TV"də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri idi. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 

Xəbərə görə, V.Ağayev 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən isə "Space TV"yə işə düzəltmək adı ilə pul alıb. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün, sabah verərəm" deyərək vaxtı uzadıb. 

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. 


Xəbərə aid fotolar