"Bütün taksitlər Milana aparır" lotereyasının ikinci tirajı keçirildi


Digərləri 24 İyl 2018 13:42:00 281 0

"Bütün taksitlər Milana aparır" lotereyasının ikinci tirajı keçirildi

Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may - 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. 

23 iyul tarixində lotereyanın 2-ci tirajı keçirildi və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub - www.kapitalbank.az/news/milan-475.

Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.