KİV: Ekvador prezidenti Londonla Assanjın polisə təhvil verilməsi şərtlərini müzakirə edir


Dünya 24 İyl 2018 12:39:00 302 0

KİV: Ekvador prezidenti Londonla Assanjın polisə təhvil verilməsi şərtlərini müzakirə edir

Ekvador avstraliyalını Londondakı səfirliyindən xaric etməyə yaxındır

Böyük Britaniyada səfərdə olan Ekvador prezidenti Lenin Moreno Krallığının rəsmi nümayəndələri ilə "WikiLeaks" təşkilatının yaradıcısı Culian Assanjın Britaniya polisinə verilməsi şərtləri barədə danışıqlar keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya KİV-i yazıb.

Britaniya mediasında Ekvadorun avstraliyalını Londondakı səfirliyindən xaric etməyə yaxın olduğu vurğulanır.

Nazir müavininin sözlərinə görə, səfər zamanı Moreno Britaniya hökumətinin nümayəndələri ilə danışıqlarda rəsmən bu mövzuya toxunmayacaq.

"İstənilən qərar Ekvador qanunvericiliyi və beynəlxalq hüquq normalarına uyğun qəbul olunacaq", - o əlavə edib.