“Rusiya heç vaxt dostumuz olmayacaq”


Dünya 24 İyl 2018 11:48:00 295 0

“Rusiya heç vaxt dostumuz olmayacaq”

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib.

Son.az APA-ya istinadən xəbər verir ki, N. Heyli bunu CBN-ə müsahibəsində deyib.

"Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır", - səfir vurğulayıb.