Aptekdə satıcını hədələyib kassadan pul aparan şəxs tutuldu


Digərləri 24 İyl 2018 11:35:00 280 0

Aptekdə satıcını hədələyib kassadan pul aparan şəxs tutuldu

Paytaxtda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Paytaxtda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.