8 qovaq ağacının kəsilməsilə ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi


Digərləri 24 İyl 2018 10:08:00 226 0

8 qovaq ağacının kəsilməsilə ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.