Göz protezləri 3D printerdə çap ediləcək


Digərləri 24 İyl 2018 08:21:00 253 0

Göz protezləri 3D printerdə çap ediləcək

Cənubi Koreyanın Yonsei Universitetinin Severans klinikası üçölçülü çapın köməyilə yaradılmış göz protezlərinin kommersiyalaşdırılması haqqında məlumat verib.

Son.az technote.az-a istinadən bildirir ki, oftalmoloq Yun Yin-Suk və göz protezləri istehsalçısı Baik Syonq-Vun texnologiyanı 3 il aparılan tədqiqatdan sonra hazırlayıblar.

Texnologiyanın tətbiqi universitet və işığın rəqəmsal emalı texnologiyasına malik 3D printerlər üzrə ixtisaslaşmış Carima şirkətinin əməkdaşlığı sayəsində mümkün olub.

Artıq istehsalçılar layihənin ikinci mərhələsinə - texnologiyanın kommersiyalaşdırılmasına başlayıblar. Təşkilatlar arasında bağlanmış müqaviləyə əsasən, tədqiqatçılar yeni göz protezlərinin təhlükəsizliyi və yararlılığını 2020-ci ilə qədər sınaqdan keçirəcək.