Afrika İttifaqı Komissiyası”nın komissarı “Azərkosmos”a səfər edib


Digərləri 24 İyl 2018 08:23:00 269 0

Afrika İttifaqı Komissiyası”nın komissarı “Azərkosmos”a səfər edib

Bu gün Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd "Azərkosmos" ASC-yə səfər edib.

Son.az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində xanım Amani Abu-Zeyd və "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayevin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı qonağa "Azərkosmos"un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə geniş məlumat verilib. Görüşdə bu il orbitə buraxılacaq "Azerspace-2" telekommunikasiya peykinin əhatə dairəsi, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması və "Azərkosmos" üçün Afrika regionunun prioritetliyi da vurğulanıb.

Səfər çərçivəsində xanım Abu-Zeyd "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə də olub. Qonağa "Azerspace-1" və "Azerspace-2" peykləri vasitəsilə rabitə və yayım xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə və digər tətbiq sahələrində Azersky peyki təsvirlərinin istifadə edilməsinə dair məlumat verilib.