Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır


Digərləri 24 İyl 2018 08:01:00 250 0

Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır

Windows Phone dəstəyinin dayandırılmasından 1 il keçəndən sonra məlum oldu ki, Microsoft şirkəti özünün Android əməliyyat sistemli smartfonu üzərində çalışır.

Son.az technote.az-a istinadən bildirir ki, daha öncədən şirkət Windows Phone-nun uğursuzluğunda Apple şirkətini və bəzi Android smartfon istehsalçılarını günahlandırırdı. Bu ilin əvvəlində məlum olmuşdu ki, Microsoft iki ekranlı Surface Phone üzərində çalışır. Layihənin adı isə Andromeda-dır. Çox güman ki, sözügedən cihazı gələn ilin əvvəlində təqdim edəcəklər.