Azərbaycan dilinə yeni daxil olan 2650 söz müəyyən edilib


Digərləri 24 İyl 2018 08:02:00 251 0

Azərbaycan dilinə yeni daxil olan 2650 söz müəyyən edilib

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:

"İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur".

Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib.

O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib.