Modelin qızının geyimi tənqid olundu FOTO


Digərləri 23 İyl 2018 23:48:00 403 0

Modelin qızının geyimi tənqid olundu  FOTO

Son günlər əcnəbi ulduzlar övladlarının geyiminə görə tənqid olunurlar. Onlardan biri də 45 yaşlı Haydi Klumdur.

Son.az axşam.az-a istinadən bildirir ki, modelin qızlarının az yaşı olmasına baxmayaraq hündürdaban və böyüklər kimi geyinməsi sosial şəbəkə istifadəçilərinin qınaqlarına səbəb olub.

Klum "Elle" dərgisinə müsahibəsində deyilənlərə cavab verib O, "İnsanlar, əsasən də Almaniya olanda görənlər qızlarımın hündürdaban geyinməyinə pis baxırlar. Restorana gedəndə onların yaxşı geyinmək xoşlarına gəlir. Əgər avtomobildən restorana 20 addım gedəcəklərsə, burda qeyri-adi nə var? Özlərini tərbiyəli apardıqları və dərslərini yaxşı oxuduqları müddətdə istədiklərini geyinə bilərlər"  sözlərini deyib.


Xəbərə aid fotolar