Dondurma həvəskarlarının diqqətinə


Digərləri 23 İyl 2018 23:21:00 299 0

Dondurma həvəskarlarının diqqətinə

Yay aylarında xüsusilə, uşaqların sevərək yedikləri dondurma orqanizmdə ciddi fəsadlara yol aça bilər.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, həkimlər dondurmanın keyfiyyəti ilə yanaşı onun hansı formada qəbul edilməsinin də böyük əhəmiyyət daşıdığını bildirirlər. Süd, şəkər və səhləb tərkibi ilə uşaqlar üçün kalsium mənbəyinə çevrilən bu qida yanlış şəkildə qəbul edildikdə xəstəliklərə səbəb olur. Belə ki, dondurmanı dişləyərək böyük parçalar halında udmaq mədə-bağırsaq sistemində problemlər yaradır. Soyuq halda mədəyə düşən dondurma parçaları sancı və qanaxma kimi hallara gətirib çıxara bilər.

Buna görə də, həkimlər xüsusən, uşaqların dondurmanı ağızda əridərək udmasını məsləhət görürlər.