Nə evi təmir edilir, nə də pulu qaytarılır Bakıda təmir şirkəti ev sahibini aldadıb VİDEO


Digərləri 23 İyl 2018 22:25:00 519 0

Nə evi təmir edilir, nə də pulu qaytarılır  Bakıda təmir şirkəti ev sahibini aldadıb  VİDEO

Yaşadığı evi daha tez təmir etdirmək üçün təmir-tikinti şirkətinə 10 500 manat ödəniş edən şəxs indi evinə girə bilmir.

Son.az bildirir ki, buna səbəb təmir işlərinin yarıda saxlanılmasıdır. Bakının Nizami rayonunda yaşayan Həzrətqulu Muradov iddia edir ki, ''RN company'' təmir -tikinti şirkətinin rəhbəri olan Ruslan Vəliyev onu aldadıb. Tərəflər arasında təmir işlərinin görülüb başa çatırılması ilə bağlı müqavilə də imzalanıb.

Ev sahibinin sözlərinə görə, hətta Ruslan adlı şəxsi onlara evlərinin hansı formada olacağına dair şəkillər də verib və işlərin qısa zamanda yekunlaşacağını bildirib.

İndi 4 nəfərdən ibarət bu ailə 5 aydır qohum-qonşuda qalmağa məcbur olub. Üstəlik, hələ də təmiri aparacaq şirkətin nümayəndələrini tapa bilmirlər. Elə biz də şirkətin rəhbəri Ruslan Vəliyevlə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən tapılmadı.