G20: İqtisadiyyatın artımı qeyribərabər baş verir


Digərləri 23 İyl 2018 18:48:00 305 0

G20: İqtisadiyyatın artımı qeyribərabər baş verir

İnkişaf etməkdə olan ölkələrin (G20) maliyyə nazirləri və Mərkəzi banklarının sədrləri Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən görüşün yekununda qəbul etdikləri kommünikedə dünya iqtisadiyyatı üçün əsas riskləri qeyd ediblər.

Son.az report-a istinadən xəbər verir ki, kommünikedə işsizlik səviyyəsinin 10 ildir aşağı, qlobal iqtisadi artımın isə sabit olduğu göstərilib.

"Lakin dünyanın aparıcı iqtisadiyyatlarının artımı qeyri-bərabər baş verir və bu, orta və uzun müddətli perspektivdə risklər yaradır. Bunlara artan maliyyə zəifliyi, ticarətdə və geosiyasətdə gərginliyin artması, qlobal səviyyədə tarazlığın pozulması, o cümlədən iqtisadiyyatı inkişaf etmiş ölkələrdə qeyri-bərabərlik və zəif struktur artımı daxildir", - deyə sənəddə vurğulanıb.