"Pompeonun sözləri ABŞın İranın işlərinə qarışmasına nümunədir"


Dünya 23 İyl 2018 18:24:00 343 0

"Pompeonun sözləri ABŞın İranın işlərinə qarışmasına nümunədir"

"Mayk Pompeonun sözləri riyakarlıq və ucuz təbliğatdır, bu ölkənin İranın daxili məsələlərinə aşkar müdaxiləsinin nümunədir".

Son.az APA-ya istinadən xəbər verir ki, , bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi  ABŞ dövlət katibinin sözlərinə münasibət bildirərkən deyib. 

B. Qasimi M. Pompeonun Kaliforniyada bir qrup iranlı ilə görüşündəki çıxışını pisləyərək bildirib ki, bu çıxış ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından qanunsuz çıxmasından sonra çarəsizliyinin göstəricisidir: "ABŞ bu addımı ilə öz məqsədlərinə çata bilmədi, düşünülməmiş addım atdı və dünyadan təcrid olundu".  XİN sözçüsü qeyd edib ki, bu çıxış ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinin aşkar nümunəsidir və bu ölkənin regionda dağıdıcı siyasətinin davamıdır.