Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr hazırlanır


Digərləri 23 İyl 2018 16:19:00 243 0

Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr hazırlanır

Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr müzakirə olunub

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub. Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin