Ağır atletlərimiz beynəlxalq turnirdə 6 medal qazanıb


Digərləri 23 İyl 2018 15:45:00 257 0

Ağır atletlərimiz beynəlxalq turnirdə 6 medal qazanıb

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Bakı. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Trend-in məlumatına görə, bu gün Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kq nəticə göstərib və bu hərəkətdə 2-ci yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində 110 kq-ın öhdəsindən gəlib. O, bu hərəkətdə də 2-ci olaraq gümüş medala sahib çıxıb. Həsənov toplam 202 kq (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.