Temur Abazov Gürcüstanın baş prokuroruna müraciət etdi


Dünya 23 İyl 2018 15:18:00 281 0

Temur Abazov Gürcüstanın baş prokuroruna müraciət etdi

Gürcüstanın Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazov baş prokuror Şalva Tadumadzeyə müraciət edib.

Son.az APA-ya istinadən xəbər verir ki, T.Abazovun vəkili Qagi Mosiaşvili keçirdiyi brifinqdə bildirib ki, baş prokurordan avqustun 6-na təyin olunmuş məhkəmə dinləməsinin təxirə salınması xahiş olunub. 

Vəkil qeyd edib ki, müdafiə tərəfi Baş prokurorluğun 2 ay ərzində müvafiq sübutlar əldə etdiyinə şübhə edir: "Hazırda işə yalançı şahidlər cəlb olunur. Baş prokurordan işi şəxsi nəzarətinə götürməyi və məhkəmə iclasının sentyabrın 20-nə qədər təxirə salınmasını xahiş edirik". 

G. Mosiaşvili, həmçinin bildirib ki, T.Abazov Marneuli rayonunun rəhbəri vəzifəsində çalışarkən rayonda qanun çərçivəsində korrupsiyaya qarşı mübarizə aparıb və bu, bəzi qrupların marağına uyğun olmayıb: "Bizdə olan məlumata əsasən, Marneulidə baş vermiş insidentdən öncə Temur Abazov fiziki təzyiqə məruz qalıb. Müdafiə tərəfi bununla bağlı araşdırmanı davam etdirir".