Məşhur reperi döyüb oğurladılar VİDEO FOTO


Digərləri 23 İyl 2018 15:07:00 422 0

Məşhur reperi döyüb oğurladılar  VİDEO  FOTO

Amerikalı reper, əsl ad və soyadı Daniel Ernandes olan 22 yaşlı Tekashi69 Nyu-Yorkda naməlum şəxslərin hücumuna məruz qalıb.

Son.az TMZ-yə istinadən bildirir ki, reperi tapança ilə hədələyən cinayətkarlar onu döyüblər, sonra maşına mindirib naməlum istiqamətə aparıblar. Burada reperi yenə döyən canilər onun qeyri-rəsmi nikahda olduğu arvadına "Evdə qiyməti əşyaları və pulları çıxarıb bizə ver!" əmrini ünvanlayıblar.

Quldurlar 750 min dollarlıq zinət əşyalarını və 20 min dollarlıq nağd pulu götürüblər.

Pulla əşyaları alandan sonra onlar Tekashi69-u buraxmayıblar. Reper naməlum istiqamətə aparılıb. Lakin reper maşından atılaraq qaça bilib.

Polisə müraciət edən reper hospitala yerləşdirilib. O, başına gələnlər barədə açıqlama vermək istəməyib.


Xəbərə aid video


Xəbərə aid fotolar