XİN: İtaliya və Fransa ilə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycan ilə Aİ arasında əməkdaşlığa mühüm bir töhfədir


Digərləri 23 İyl 2018 14:49:07 230 0

XİN: İtaliya və Fransa ilə qarşılıqlı əlaqələrin inkişafı Azərbaycan ilə Aİ arasında əməkdaşlığa mühüm bir töhfədir

İtalya Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələr ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir.

Bakı. Elçin Mehdiyev – İtalya Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələr ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafı həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına mühüm bir töhfədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin