İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 23 İyl 2018 12:31:00 236 0

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. "İnvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Amerikada hökumətə qarşı tənqidlərin və siyasi risklərin artması dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1.5%-ə kimi ucuzlaşmasına təsir edib. Nəticədə EUR/USD məzənnəsi də 1.16$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.17$-a kimi bahalaşıb. Təhlillərə əsasən, avro 1.1750$-ın üzərində möhkəmlənərsə, 1.1860$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avrozonanın faiz qərarı və 16:30-da baş tutacaq mətbuat konfransında bank sədrinin çıxışı da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi də 2.5%-ə kimi ucuzlaşdıqdan sonra yenidən 1.31$-a kimi bahalaşıb. Burada isə artım dalğasının davam etməsi üçün 1.32$-ın yuxarı istiqamətdə qırılması önəmli olacaq. Bundan sonra qiymətin 1.33$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. TRY Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.77TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qaldıqca 4.68TL-yə kimi də ucuzlaşa bilər. Bu həftənin çərşənbə axşamı Türkiyə Mərkəzi Bankının faiz qərarı da diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, ehtimal edilən faiz artımı qərarı məzənnənin ucuzlaşmasını sürətləndirə bilər.