"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"


Digərləri 23 İyl 2018 10:56:11 218 0

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"

Bakı. BANM-a 5 il öncə 675 balla daxil olan və bu il məzun olaraq İtaliyanın Milan Politexnik Universitetində ödənişsiz magistratura təhsilini davam etdirəcək Elvin İsmayılovla müsahibə - Elvin, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın məzunu olmaq sizin üçün nə deməkdir? - İlk növbədə, bizim Ali Məktəbimizin tələbəsi olmağın nə demək olduğunu sizə deyim. BANM-ın tələbəsi olmaq - savadlı və təcrübəli müəllim-professor heyətinə sahib, yeni təlim-tədris metodlarının tətbiq olunduğu, müasir standartlara uyğun tədris proqramı, laboratoriyalar və bu kimi digər əvəzolunmaz üstünlüklərə malik bir ali məktəbin yaratdığı imkanlardan yararlanan çox şanslı bir gənc olmaq deməkdir. BANM-ın məzunu olmaq isə yüksək rəqabətli iş mühitində dayanıqlı, müasir texnologiyaya və istehsalata bələd, bilikli, məsuliyyətli və daim öz üzərində çalışmaqla inkişafda olan bir mütəxəssis olmaq deməkdir. - İtaliyanın Politexnik Universitetinə daxil olmusuz. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır? - Uğurlarımda hər zaman mənə motivasiya verən və dəstək olan ailə üzvlərimdir. Akademik göstəricilərin yaxşı olması və digər bununla bağlı uğurlar ilk öncə üzərimdə olan məsuliyyəti tam dərk etməyimlə bağlıdır. Çünki gediləcək yolun sonundakı nəticəni görmək arzusu insanı ora çatmağa daha da ruhlandırır. Belə olan halda bu insanı daha inadkar, yorulmaz, və daim axtarışda olan birinə çevirir. - BANM-a daxil olanda, yoxsa Milan Politexnik Universitetinə daxil olanda daha çox sevinmişdiz? - Əgər nəzərə alsaq ki, orta məktəbi bitirdikdən sonra ilk uğurum BANM-a daxil olmağım idi, bu daha çox sevindirici idi. Həm də unutmaq olmaz ki, Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım beş ilin uğurlu nəticəsidir. - İtaliyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız? - Düzünü desəm, magistratura təhsilimdən sonra karyeramı xaricdə başlamaq və bir müddət orada yaşamaq mənim hədəfimdir. Buna səbəb hal-hazırda ölkəmizdə yeni tikilən zavodların, qazılan neft quyularının və istehsalatın digər əlaqəli sahələrindəki proseslərin texnologiyasının, tələblərinin müasirləşməsidir. Mən inanıram ki, xarici ölkələrin sahib olduğu müasir texnologiya və onun elementlərini mənimsəyib daha sonra bu təcrübəni Azərbaycana gətirməklə ölkəmə daha faydalı ola bilərəm. - BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Milan Politexnik Universitetində isə “Avtomatika və idarəetmə mühəndisliyi” ixtisasını seçmisiniz. Avtomatikaya sizdə həvəs hardandı?