İstanbulda "əsrin qarəti"


Digərləri 23 İyl 2018 10:14:00 229 0

İstanbulda "əsrin qarəti"

Cinayətkarların axtarışı davam edir.

Bakı. Rufiz Hafizoğlu - Bu gün səhər İstanbulun Fatih rayonunda naməlum silahlı şəxslər yerli banklardan birinin şöbəsini qarət ediblər. Trend-in məlumatına görə, ümumilikdə şöbədən 150 min ABŞ dollarının oğurlandığı bildirilir. Yerli KİV-lər bu oğurluq faktının müasir İstanbul tarixində ən böyük qarətlərdən biri olduğunu yazır.