İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı


Digərləri 23 İyl 2018 09:51:08 285 0

İki dəfə imtahana girdi, hər ikisində 695 bal topladı

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Hidayət Ələkbərli bu il ali məktəbə qəbul imtahanında iki dəfə iştirak edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o birinci imtahanda yalnız bir sualda - Azərbaycan dilindən 1 səhv edərək 695 bal toplayıb. Lakin bu nəticədən razı qalmadığı üçün ikinci imtahanda da iştirak etmək, maksimum balı toplamağı qarşısına məqsəd qoyub.