Bu gün paytaxtda hava necə olacaq?


Digərləri 23 İyl 2018 09:55:00 267 0

Bu gün paytaxtda hava necə olacaq?

Bu gün paytaxtda və Abşeron yarımadasında havanın mülayim, buludlu keçəcəyi gözələnilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə hətta qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq.